27 aprel 2025-ci il tarixində TƏBİB-in, Pirallahı Tibb Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə işçiləri Həmkarlar İttifaqının, Azərbaycan Əlil Velosipetçilərə Dəstək İctimai Birliyinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası təşkilatçılığı ilə Bakıda, dəniz kənarı Bulvarda Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçirildi.
Veloyürüşdə TƏBİBin həkimləri, Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijanın üzvləri, Azərbaycan Əlil Velosipedçilər Klubuun üzvləri iştirak etmişlər.
Qeyd edək ki, bu formatda Veloyürüş ilk dəfə keçirilir və keçirilən tədbirin məqsədi həkim və pasiyentlərin həmrəyliyini göstərmək, hemofiliya xəstəliyə maksimum diqqəti cəlb etmək və hemofiliyanın müalicəsində fiziki idmanın mühüm yer almasını nümayiş etdirmək olmuşdur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Pasiyent Təşkilatları İttifaqı
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #DünyaHemofiliyaGünü #Koaqulopatiya #Veloyürüş #HəmrəylikVeloyürüşü