27 aprel 2025-ci il tarixində TƏBİB-in, Pirallahı Tibb Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə işçiləri Həmkarlar İttifaqının, Azərbaycan Əlil Velosipetçilərə Dəstək İctimai Birliyinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası təşkilatçılığı ilə Bakıda, dəniz kənarı Bulvarda Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və pasiyentlərin həmrəylik veloyürüşün video çarxını sizə təqdim edirik.
Qeyd edək ki, bu formatda Veloyürüş ilk dəfə keçirilir və keçirilən tədbirin məqsədi həkim və pasiyentlərin həmrəyliyini göstərmək, hemofiliya xəstəliyə maksimum diqqəti cəlb etmək və hemofiliyanın müalicəsində fiziki idmanın mühüm yer almasını nümayiş etdirmək olmuşdur.
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #DünyaHemofiliyaGünü #Koaqulopatiya #Veloyürüş #HəmrəylikVeloyürüşü