Hər il olduğu kimi bu il də TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Hemofiliyanın multidisiplinar müalicəsinə dair regionlarda seminarlar davam edəcək.
Müxtəlif profilli ixtisaslaşmış həkim mütəxəssislərlə bərabər Hemofiliyanın multidisiplinar müalicəsinə dair seminarlar 5 sentyabr 2025-ci il tarixində Sumqayıt Tibb Mərkəzində, 10 sentyabr 2025-ci il tarixində Xızı Rayon Mərkəzi Xəstəxanasında, 30 sentyabr 2025-ci il tarixində Siyəzən Rayon Mərkəzi Xəstəxanasında, 8 oktyabr 2025-ci il tarixində Şabran Rayon Mərkəzi Xəstəxanasında, 15 oktyabr 2025-ci il tarixində Quba Rayon Mərkəzi Xəstəxanasında, 30 oktyabr 2025-ci il tarixində Qusar Rayon Mərkəzi Xəstəxanasında və 12 noyabr 2025-ci il tarixində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Seminarlara regionlarda çalışan müxtəlif profilli həkimlər, tibb bacıları və pasiyentlər qatılacaqlar.