29 iyun-2 iyul 2017 tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İcraçı direktoru, Pasient Təşkilatlar İttifaqının sədri Ayaz Hüseynov və hemofiliya geninin daşıyıcıları, qanaxmalara məruz qalan qadın və qızlarla iş üzrə koordinatoru Mədinə Hüseynova özündə 44 ölkəni birləşdirən Avropa Hemofiliya Konsorsiumunun Belçika, Brüssel şəhərində keçirilən Liderlər konfransında iştirak etmişdir. Konfransda əsasən tibbin son nəaliyyətləri müzakirə olunmuşdur. Problemlər və problemlərin həlli yolları barədə təcrübə mübadiləsi aparılmışdır. Aşağıda göstərilən mövzular daha çox diqqətdə olmuşdur:
– Gen terapiyası
– Qadınlar və qızlarda koaqulopatiyalar (qanda laxtalanma pozuntuları)
– Hemofiliya diaqnozu olan insanlarda qocalıq ağırlaşmaları.
– Müasir dərmanların təsiri altında qanın laxtalanma vaxtının uzadılma nailiyyətləri və sair.
Qeyd elilən mövzular ətrafında Azərbaycanda hemofiliyalılara və onların ailə üzvlərinə seminarların keçirilməsi planlaşdırılır.
Avropa Hemofiliya Konsorsiumunun Belçika, Brüssel şəhərində keçirilən Liderlər konfransı

Brüssel şəhərində keçirilən Liderlər konfransında iştirak etmişdir. Konfransda əsasən tibbin son nəaliyyətləri müzakirə olunmuşdur. Problemlər və problemlərin həlli yolları barədə təcrübə mübadiləsi aparılmışdır. Aşağıda göstərilən mövzular daha çox diqqətdə olmuşdur:
Alt şəkillər
Oxşar məqalələr
359 baxış
Lənkaranda "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar" mövzusunda seminar keçirilib
13.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz…
281 baxış
Qubada qanaxmalardan əziyyət çəkən qadın və qızların keyfiyyətli müalicəsinə seminar keçirilib
06.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz…
402 baxış
Buxarestdə qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
31 oktyabr - 01 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun…




