16.11.2022-ci il tarixində dünyada tanınmış Professor, Doktor Bülent Zülfikar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının ofisinə təşrif buyurmuşdur.
Görüş zamanı Assosiasiyanın sədri Ayaz Hüseynov Azərbaycanda qanın laxtalanma pozğunluqlarının hazırki müalicəsi, Assosiasiya tərəfindən görülən işlər barəsində Bülent Hocaya bəhs etdi.
Müzakirələr nəticəsində Azərbaycan və Türkiyə Hemofiliya dərnəklərin birgə yaxın gələcəkdə 5 istiqamət üzrə əməkdaşlığı müzakirə edildi. Əsas məqsəd, laxtalanma pozğunluqlarından əziyyət çəkən vətəndaşların müalicəsini təkmilləşdirmək və müalicədə mövcud çətinlikləri aradan qaldırılmasında dövlət səhiyyə qurumlarına dəstək olmaqdır.
Görüşdə Assosiasiyanın idarə heyəti, doktorlar, pasientlər və onların valideynləri iştirak etmişlər. Daha sonra görüş zamanı pasientlər tərəfindən verilən suallar cavablandırılaraq müayinələr aparılmışdır.
Azərbaycan və Türkiyə Hemofiliya dərnəklərinin birgə yaxın gələcəkdə 5 istiqamət üzrə əməkdaşlığı müzakirə edildi

16.11.2022-ci il tarixində dünyada tanınmış Professor, Doktor Bülent Zülfikar Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının ofisinə təşrif buyurmuşdur.
Alt şəkillər
Oxşar məqalələr
359 baxış
Lənkaranda "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar" mövzusunda seminar keçirilib
13.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz…
281 baxış
Qubada qanaxmalardan əziyyət çəkən qadın və qızların keyfiyyətli müalicəsinə seminar keçirilib
06.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz…
402 baxış
Buxarestdə qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
31 oktyabr - 01 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun…




