Dünya Hemofiliya Günü ilə əlaqədar aprel ayı müddətində müxtəlif formatlarda silsilə tədbirlər keçirilir.
27 aprel 2025-ci il tarixində TƏBİB-in, Pirallahı Tibb Mərkəzinin, Tibbi Reabilitasiya Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə işçiləri Həmkarlar İttifaqının, Azərbaycan Əlil Velosipetçilərə Dəstək İctimai Birliyinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək.
Qeyd edək ki, bu formatda veloyürüş ilk dəfə keçirilir və keçiriləcək tədbirin məqsədi həkim və pasiyentlərin həmrəyliyini göstərmək və hemofiliyanın müalicəsində fiziki idmanın mühüm yer almasını nümayiş etdirməkdir. 

Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək

27 aprel 2025-ci il tarixində Dünya Hemofiliya Gününə həsr edilmiş həkim və pasiyentlərin həmrəylik veloyürüşü keçiriləcək.
Oxşar məqalələr
359 baxış
Lənkaranda "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müalicəsində müasir yanaşmalar" mövzusunda seminar keçirilib
13.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və digər Hemostaz…
281 baxış
Qubada qanaxmalardan əziyyət çəkən qadın və qızların keyfiyyətli müalicəsinə seminar keçirilib
06.11.2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , TƏBİB-in dəstəyi və Hemofiliya və digər Hemostaz…
402 baxış
Buxarestdə qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
31 oktyabr - 01 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun…




