Şirvan Şəhər Mərkəzi Xəstəxanasının, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar keçirilib.
Seminarın açılışında Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov hemofiliyalı vətəndaşların paytaxta getmədən yaşadıqları regionda müalicələrinin təşkilinin vacibliyini bildirmişdir. Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov son 1 il ərzində dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.
Seminarda uzun illər Fizioterapiya şöbəsinin müdiri vəzifəsində çalışmış Yeganə Əzizova "Hemofiliyalı xəstələrdə oynaqdaxili qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapiyanın rolu", Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin həkimi Firəngiz Nəzərli "Hemofiliya xəstəliyinə yanaşma", Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ailə həkim-pediatrı Vüsalə Qafarzadə "Hemofiliyalı xəstələrə pediatrik yanaşma", Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Elnurə Mirzəyeva "Hemofiliyalı xəstələrdə stomatoloji yardım və onun həyata keçirilmə aspektləri" Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Şəmsi Əhmədov “Hemofiliyalı xəstələrin cərrahi müalicəsi” mövzusunda çıxış ediblər.
Daha sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Elmira İsmayılova, fizioterapevt Yeganə Əzizova, stomatoloq Elnurə Mirzəyüvavə həkim-hematoloq Firəngiz Nəzərli Şirvan şəhər ərazisində yaşayan hemofiliyalı pasiyentəri müayinə edərək konsultasiya keçiriblər.
TƏBİB
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Pasiyent Təşkilatları İttifaqı
Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan
#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında "Hemofiliyanın müasir müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda seminar və müayinələr keçirilib

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Elmira İsmayılova, fizioterapevt Yeganə Əzizova, stomatoloq Elnurə Mirzəyüvavə həkim-hematoloq Firəngiz Nəzərli Şirvan şəhər ərazisində yaşayan hemofiliyalı pasiyentəri müayinə edərək konsultasiya keçiriblər.
Alt şəkillər
Oxşar məqalələr
87 baxış
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya…
1268 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…
277 baxış
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında elmi-praktik seminar baş tutub
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” mövzusunda…
269 baxış
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hemofiliya xəstəliyinə həsr olunmuş elmi-praktik seminar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı seminar baş…




